Azərbaycan xalqı yaşadıqca Əlibaba müəllimin sənəti yaşayacaq – Babək Niftəliyevbackend

Əməkdar artist Babək Niftəliyev xalq artisti Əlibaba Məmmədovun dəfn mərasiminə qatılıb.

Əməkdar artist “Yeni Gündəm”-ə xanəndə mərhum həmkarı ilə bağlı xatirələrini bölüşüb.

“Azərbaycan musiqi mədəniyyətində böyük ağır, itki üz verib. Əlibaba müəllim biz muğam ifaçılarına 100-dən artıq təsnif və xalq mahnıları bəxş edib. Onun nəğmələri dillər əzbəridir.

Bildiyiniz kimi Əlibaba müəllim bir çox muğam ifaçılarının ustadı olub. O, mənim ustadım olmasa da, onu özümə ustad bilirəm. 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alarkən Əlibaba Məmmədovdan çox bəhrələnmişəm. O, bizdən cismani ayrılıb.Onun mahnıları bizim yaddaşımızdır.

Azərbaycan xalqı yaşadıqca Əlibaba müəllimin sənəti yaşayacaq, onun mahnıları, təsnifləri biz ifaçıların hər zaman repertuarında olacaq və nəsildən-nəsilə ötürüləcək”.

Allah rəhmət eləsin.