Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verdibackend

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında qeyd olunub:

“İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”.