Azərbaycan Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdirbackend

Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir. Hazırda zavodda 2  bərə gəmisi və 3 neft tankeri inşa edilmişdir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulmuşdur. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edir. Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmişdir. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir.

Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir və müasir texnika ilə təchiz edilir. Bu il müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü təntənəli şəkildə qeyd olunmaqda davam edir.
Yubileylər ilində iyunun 26-da “Azadlıq” meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli hərbi paradda xüsusi döyüş geyimində müasir silahlarla silahlanaraq tribuna və xalq qarşısından qürurla keçən peşəkar zabit, əsgərlərimiz, mükəmməl döyüş texnikaları və səmada əsl peşəkarlıq bacarığı göstərən hava şahinləri Azərbaycan Ordusunun gücünü düşmənə, dünyaya nümayiş etdirdi.
Parada həmçinin Hərbi Dəniz Qüvvələrinin gəmiləri dənizdən dəstək verdi. Dənizdə fəxri keçid edən hərbi gəmilərimiz Xəzərin Azərbaycan sektorunda dövlətimizin iqtisadi və strateji maraqlarını qorumaqla yanaşı, yüksək döyüş hazırlığı nümayiş etdirdi.

Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib. O cümlədən, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan öz hərbi məhsullarını ixrac etməyə də başlayıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bəyan etdi ki, son illər ərzində alınan ən müasir texnika və silahlar arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarca döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri mövcuddur. Bütün bunlar əlbəttə ki, Azərbaycanın qüdrətini, hərbi gücünü artırır. Əminliklə deyə bilərik ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir.

Müəssisə Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını aradan qaldıracaq, Xəzər donanmasını müasirləşdirməyə imkan verəcəkdir. İstehsal prosesində metalkəsmə, profiləymə, lövhəəymə, 3D borukəsmə rəqəmsal avadanlığı kimi müasir texnoloji vasitələrdən istifadə olunur.

Ağaquliyeva Aytac

Azərbaycan Dövlət Pedaqoji Universiteti