Azərbaycan XİN Avstraliyaya başsağlığı verdibackend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyaya başsağlığı verib.

“Yeni Gündem” xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter hesabında bildirilib.

“Avstraliyada yanğınlarda həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk”, – deyə qeyd olunub