Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrana başsağlığı verib.
“Yeni Gündəm”-in xəbərinə görə, XİN-in “Twitter” hesabında edilən paylaşımda deyilir: “İranın cənubunda baş vermiş güclü zəlzələ xəbəri bizi çox kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və xəsarət almış şəxslərin hamısına şəfa diləyirik”.