Azərbaycan XİN İtaliyaya başsağlığı verdibackend

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyada baş verən təbii fəlakətlə əlaqədar bu ölkəyə başsağlığı verib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan XİN “Twitter” hesabında paylaşım edib.

“İtaliyanın Emilia-Romanya regionunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. İtkin düşənlər üçün dua edirik və zərər çəkənlərə şəfa diləyirik. Ürəyimiz İtaliya xalqının yanındadır”, – paylaşımda qeyd olunub.