Azərbaycan XİN Qazaxıstana başsağlığı verdibackend

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında paylaşım edilib.

“10 Yanvar – Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”, – tvitdə qeyd olunub.