Azərbaycan XİN Qazaxıstanda baş vermiş partlayışla bağlı başsağlığı verdibackend

Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirdi.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, – deyə qeyd olunub.