Azərbaycan yığmasının bayraqdarı açıqlandıbackend

Azərbaycan millisinin Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarı müəyyənləşib.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.

O, MOK-un Pekin-2022 Qış Olimpiya Oyunlarına həsr olunan təqdimat mərasimində bayraqdarın adına aydınlıq gətirib. Hüseynzadə bildirib ki, Çinin paytaxtında Azərbaycan bayrağını Vladimir Litvintsev daşıyacaq.

MOK rəsmisinin sözlərinə görə, Azərbaycan yığması Çinin paytaxtına 10 nəfərdən artıq nümayəndə heyəti ilə yollanacaq. Tədbirdə yığmamızın rəsmi forması da nümayiş etdirilib.

Qeyd edək ki, millimiz fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.