Azərbaycana dolu düşübbackend

Faktiki hava açıqlanıb.

ETSN-dən “Yeni Gündəm”-ə verilən məlumata görə, sentyabrın 17-si saat 16:00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

Küləyin maksimal sürəti: Gəncədə 28 m/s, Naftalanda 26 m/s, Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Sumqayıtda 24 m/s, Pirallahı, Maştağada 23 m/s, Binədə 21 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Dolu: Saat 14:41-14:43 radələrində Gədəbəy rayonu ərazisinə və Gədəbəy rayonu Duzyurd kəndinə, saat 15:30-15:32 radələrində isə Daşkəsən rayonuna diametri 6-8 mm olan dolu düşüb.