Azərbaycana qar yağdıbackend

Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb.

Bu barədə “Yeni Gündəm”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.