Tarixini bilmək öz milli mənsubiyyəti ilə fəxr etmək deməkdir. Şanlı Azərbaycan tarixini vərəqləsək görərik ki, başlanğıcını dəmir qapı Dərbənddən götürərək Zəncana qədər Azərbaycan olub. Həmin torpaqlar bizim tarixi irsimizi təşkil edir. Bu gün mənfur Ermənistanın öz rejiminin yaratdığı Qərbi Azərbaycan torpaqlarıda həmçinin. Sözsüz ki, bu torpaqları bizdən qopardanlar olub.
Bəli qopardan vaxtı ilə birləşmiş Sovetlər birliyidir. Tarixi faktlarla göstərmək mümkündür ki, bu torpaqlar necə və nə cür bizdən alınıb. 1920-ci ildən başlanan proseslər Azərbaycanı parçaladı. Bizim tariximizi parçaladı, bizim irsimizi parçaladı, daha doğrusu parçaladılar. Həmin parçalanma bu gündə bizim yaramızdır, zəif nöqtəmizdir. Biz mübarizə aparırıq ki, dədə baba məskənlərimizi azad edək. Ulularımızın ölməz ruhunu şad edək. Qəhrəmanlar yetişdiririk, bu torpaqlar üçün.
Ulu keçmişimiz bizə qəhrəmanlar bəxş ediblər ki, bizim yaramızı sağaltsınlar. Xalqımızın tarixini, şanlı keçmişini azad etsinlər. Biz şəhidlər veririk, qan tökərək bir- bir tarixi irsimizə sahib çıxırıq. Qəhrəmanlarımız elə bu yaxınlarda şanlı bayrağımızı Göyçə mahalına daxil edərək ən yüksək zirvədə ucaltdılar. İndiki vaxtda bizim mübarizə apardığımız bir dövrdə birləşmək əvəzinə əfsuslar olsun ki, içimizdən avantürist cəmiyyətin nümayəndələri çıxır. Elə bu günlərdə gündəmi zəbt edəndə budur. ”Azərbaycanın qeyrətli oğulu“ Rizvan Talıbov “vətən sevgisini” ortaya qoyaraq Göyçə – Zəngəzur “Respublikasını”nın yarandığını elan edərək hamıya, “qəhrəmanlığını” nümayiş etdirdi.
Rizvanın kimliyi haqqında danışmaq çox yersiz olar. Çünki Rizvanın kim və nəçi olmasıda hamımıza iyrənc görünür. Əlbəttə vətənini, xalqını parçlayan onu bölən şəxsin adını çəkmək belə ürəy bulandırmaya səbəb olur. ”Vətənpərvər” Rizvan bilirsiniz bizi hansı məqama qaytarmaqla iyrəndirdi. Yəqin ki, 1993-cü ilin “vətənpərvəri“ Əlikram Hümbətov çoxumuzu iyrəndirib. Rizvanı Əlikram Hümbətovun xələfi adlandırsaqda olar. Çünki Əlikram Hümbətovda xalqının “qeyrətli”oğullarından biri olub.
Sosial mediadan aldığımız məlumata görə, Rizvan Talıbov bu işdə tək deyil.Onun həmkarı Mehmet Ali Arslandır. Həmçinin belə bir ideyanın içində “Kürdüstan” liderləridə var.
Rizvan və onun tərəfdaşları birincisi belə bir hərəkət etməklə, Azərbaycan və Türkiyə qardaşlıq əlaqələrinə böyük zərbə vurmağa çalışırlar. Ancaq onlar yanılırlar, Azərbaycan və Türkiyə qardaşlığı onların sındıra biləcəyi qardaşlığ deyil.
Bizim Rizvana demeyə, heç bir sözümüz qalmadı. Yuxarıdada qeyd etdiyimiz kimi, Rizvan kimilər ancaq Hümbətovun xələfi olmaqla xalqın gözündən düşməyə davam edəcəklər. Onlar bilməlidirlər ki, Azərbaycan bölünməzdir, parçalanmazdır.
İnanırıq ki, “vətənpərvərlər” bir gün mərkəzi meydanda törətdiyi əməllərinə görə cavab verəcəklər.
Təbriz Məhərrəmoğlu,
“Gündem Media”Group-un direktoru
Yenigundem.az