Azərbaycanda 1 448 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edibbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Gündəm” -ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib. 13 831 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, bu günə qədər isə ümumilikdə 4 989 627 test icra olunub.