Azərbaycanda 182 prokurorluq işçisinə qarşı intizam tədbirləri tətbiq edilibbackend

Azərbaycanda 182 prokurorluq orqanlarının işçisinə qarşı intizam tədbirləri tətbiq edilib.

“Yeni Gundem”-in xəbərinə görə, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.

K.Əliyevin sözlərinə görə, onlardan 44-ü Baş Prokurorluğun, 8-i Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, 58-i Hərbi Prokurorluğun, 3-ü Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun, 69-u isə rayon və şəhər prokurorluğunda çalışır.

Baş prokuror onu da qeyd edib ki, indiyədək 796 prokurorluq orqanlarının işçisi həvəsləndirmə tədbirlərinə, 37-i isə dövlət təltifinə layiq görülüb.