Azərbaycanda 200 tonluq bunker yandıbackend

Beyləqan rayonunun Şəfəq qəsəbəsində tutumu 200 ton olan bunkerin içərisində 10 ton qarğıdalı qalığının 2 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bunkerdə olan qarğıdalı qalıqlarının qalan hissəsi və digər bunkerlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.