Azərbaycanda 28 yaşlı gəncin 15 yaşlı oğlana qarşı ZORAKILIĞI: “Dodağımdan öpmək istədi” – ŞOK TƏFƏRRÜATbackend

Zaqatala rayonunda 1994-cü il təvəllüdlü Xalid A. yetkinlik yaşına çatmayan həmkəndlisi Pərviz S.-ə (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.

“Yeni Gündəm” xəbər verir ki , demokrat.az-ın əldə etdiyi məlumata görə, Xalid A. 26 avqust 2021-ci ildə, saat 21 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə Muğanlı kəndində yerləşən “Qaraj” deyilən ərazidə öz cinsi ehtirasını ödəmək üçün 15 yaşlı Pərviz S.-ə əynində olan şalvarını və alt paltarını aşağı çəkməsini bildirib.

Pərviz S. öz şalvarını və alt paltarını aşağı çəkdikdən sonra Xalid A. ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Xalid A.-nın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid A. ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib:

“Mənim və ailə üzvlərimin Pərviz S.-ə qarşı heç bir düşmənçiliyi və ədavəti olmayıb. Pərviz S.-in əmisi oğlu Nadir U. ilə dostluq münasibətində olmuşam”.

Təqsirləndirilən şəxs ifadəsində göstərib:

“26 avqust 2021-ci ildə, saat təxminən 18 radələrində yaşadığım kənddə küçədə olan vaxt Nadir U.-nun idarə etdiyi “QAZ-24” markalı pikap avtomobili ilə qarğıdalı apardığını gördüm. Nadir məni qarğıdalını boşaltmağa kömək etmək üçün evlərinə çağırdı. Nadirgilin evlərinə getdim, qarğıdalını boşaltdıq, çardağa yığdıqdan sonra pivə içməyə getdik. Həmin vaxt Nadir U.-nun yanında Pərviz S. də olub. Hər üçümüz kəndin mərkəzində yerləşən Vahid A.-nin işlətdiyi pivəxanaya getdik. Pivəxananın həyətində oturaraq əvvəlcə hərəyə bir parç pivə içdik. Daha sonra Nadir U. ilə mən iki parç da pivə içdik. Pivəxanada bir qədər oturduqdan sonra Nadir U. getdi. Nadir gedən vaxt məndən Pərviz S.-i də evlərinə aparmağımı istədi. Nadir getdikdən sonra mən də Pərviz S.-lə bir yerdə kafedən çıxdıq, evimiz istiqamətində getməyə başladıq. Həmin vaxt sərxoş olduğum üçün Pərviz S.-ə qarşı cinsi ehtirasım yarandı”.

Xalid qeyd edib ki, Pərviz S.-ə qarşı həmin hərəkətlərindən sonra Pərviz S. yolun əks tərəfində olan marketə siqaret almaq üçün gedib:

“Mən də yolun əks tərəfində qalaraq Pərviz S.-i gözlədim. Lakin Pərviz S. gəlmədi. Sonra həmin yerdən getdim. Bir qədər kənddə olduqdan sonra evimizə gəldim. Evə çatdıqda Nadir U.-nun idarə etdiyi pikapla evimizin qabağında dayandığını gördüm. Bundan sonra Nadir U. idarə etdiyi avtomobillə məni də götürdü və birlikdə Alazan çayı istiqamətində getdik. Zastavanın yaxınlığında olan vaxt Nadir U. avtomobili saxladı və biz söhbət etdik. Həmin vaxt Pərviz S. də yanımızda olub. Nadir U. məndən Pərvizə S.-ə qarşı nəyə görə bu cür hərəkətlər etməyimi soruşdu. Mən isə heç bir hərəkət etmədiyimi bildirdim. Bundan sonra Nadir U. məni həmin yerdə qoydu, özü avtomobillə getdi”.

Xalid ifadəsində əlavə olaraq göstərib ki, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışaraq üzr istəyib, zərərçəkmiş şəxs onu bağışlayıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Pərviz S.-in sözlərinə görə, Zaqatala rayonu Muğanlı kəndində valideynləri ilə birlikdə yaşayır: