Azərbaycanda 8 Noyabr qeyri-iş günü olacaqbackend

Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.