Azərbaycanda ağır yol qəzası – ÖLƏN VARbackend

Oğuzda 2 avtomobil toqquşub, sürücülərdən biri ölüb.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford Tranzit” markalı yük avtomobili ilə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ-2107″nin sürücüsü, Cəlal Rəhim oğlu Quliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(Unikal)