Azərbaycanda ana qızları ilə birləşib 10 il kişini şantajbackend

Zərdabda hamını heyrətləndirən hadisə baş verib.

Rayonun Böyük Dəkkə kənd sakini, 55 yaşlı R.Abdullayev rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Ağabağır kənd sakini A.H.-nin iki qızı ilə birləşib barəsində rüsvayedici məlumatlar yayacağı ilə onu hədələdiyini və qarşılığında 9 min manat pulunu aldıqlarını bildirib.

Şikayətçinin sözlərinə görə, ana və qızları nə az, nə çox, onu düz 10 ilə yaxın şantaj ediblər.

Daxil olan şikayət əsasında Zərdab Rayon Polis Şöbəsində araşdırmalara başlanıb./Lent.az