Azərbaycanda aparılmış koronavirus testlərinin sayı açıqlandıbackend
Koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar indiyədək Azərbaycanda 270 739 test aparılıb.

“Yeni Gündəm” Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, hazırkı dövrədək ölkədə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.