Azərbaycanda avtomobil kanala aşdı, sürücü öldübackend

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 22-də saat 18 radələrində Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisində Ətcələr kənd sakini Ə. Ağayev idarə etdiyi “QAZ-31105” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.