Azərbaycanda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıbbackend

Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Belə ki, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

Nəticədə avtomobildə olan ata və oğul xəsarət alıblar.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılardan biri – atanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qəzaya avtomobilin sərxoş vəziyyətdə idarə olunması səbəb olub.

Meyit müayinə olunması üçün aidiyyati üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Report