Azərbaycanda baş redaktorun anası koronavirusdan vəfat etdibackend

Bu gün Supersport.az saytının baş redaktoru Anar Cəfərsoyun koronavirus infeksiyasından əziyyət çəkən anası Zöhrə Cəfərsoy vəfat edib.

“Yeni Gündəm” anews.az-a istinadən xəbər verir ki, bu barədə ailənin yaxın dostu Araz Aslanlı məlumat verib:

“Əziz dostumuz, dəyərli ziyalımız Nazim Cəfərsoyun, Anar Cəfərsoyun və Ramil Cəfərsoyun anası Zöhrə xala vəfat edib.  Allah rəhmət eləsin. Məkanı cənnət olsun! Hamımızın başı sağ olsun.  Allah övladlarına can sağlığı versin!”, – deyə Aslanlı yazıb.

Xatırladaq ki, Zöhrə Cəfərsoy artıq  uzun müddətdir koronavirus infeksiyasından əziyyət çəkirdi və  süni tənəffüs aparatına qoşulmuşdu.

Onun oğlu Nazim Cəfərsoy öz Facebook səhifəsində  çağırış edərək bu xəstəliyi ciddiyə almayanlara biganə qalmamağı və gigiyena qayydalarına riayət etməyi dəfələrlə tövsiyyə etmişdi.

Anar Cəfərsoy özü də koronavirus infeksiyasından əziyyət çəkir və hazırda xəstəxanada müalicə olunur.

Ölkə.Az