Azərbaycanda bazar yandıbackend

Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.