Azərbaycanda bu sahədə işlər dayandırıla bilərbackend

Azərbaycanda havanın temperaturunun yüksək olmasına görə bəzi sahələrdə işlər dayandırıla bilər.

“Yeni Gündəm” -in xəbərinə görə, bu məhdudiyyətlər Mülki Məcəllədə əksini tapıb.

Belə ki, məcəllənin 233-cü (Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) maddəsinə əsasən, işçilərə havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Fasilələr iş vaxtına daxil edilir və əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

234-cü (Əməyin mühafizəsinin təmin edilməsi üçün iş dayandırıldıqda başqa işə keçirmə) maddəsinə əsasən isə, nəzərdə tutulmuş hallarda iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır.

Qeyd: Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, iyulun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, arabir güclənən şimal-qərb küləyi  ilə əlaqədar olaraq əhalinin ehtiyyatlı olması tövsiyyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.