Azərbaycanda bu xəstəxana cərimələndibackend

“Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası” Publik Hüquqi Şəxsə cərimə protokolu yazılıb.

Yeni Gündəm” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, xəstəxana barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmə iclası avqustun 4-nə təyin edilib