Azərbaycanda COVID-19 pasportu olmayanlara DAHA BİR QADAĞAbackend
Noyabrın 30-da yeniyetmələr, gənclər və böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasından “Yeni Gündəm”-ə verilən məlumata görə, idmançıların təcrübəsi və ustalığının artırılması və milli komandaların tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyan yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.
Dekabrın 5-dək davam edəcək ölkə çempionatında yaşı 18-dən yuxarı olan bütün idmançılardan və zala daxil olan şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks halda həmin şəxslər yarışa buraxılmayacaqlar.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatında azarkeşlərin iştirakına icazə verilməyəcək.