Azərbaycanda COVİD-ə yoluxanların 94 %-də Delta ştammı aşkarlanıbbackend

“Delta ştammı xüsusi sürətlə yayılır. Biz onu Azərbaycanda aşkarlayandan sonra bilirik ki, hazırda ölkəmizdə yayılan ştamm Delta ştammıdır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hər bir xəstənin Delta yaxud Alfa ştammı olmasının təyin olunmasının tibbi heç bir əhəmiyyəti yoxdur: “Bizə əsas əhəmiyyətli olan xəstənin vəziyyətdir”.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, Azərbaycanda hazırda 94 % yayılan Delta ştammıdır. Bununla bağlı tədqiqat aparılmışdı. Ona görə də maskadan istifadə çox mühümdür”.