Azərbaycanda daha 19 nəfər koronavirusdan sağaldı — RƏSMİbackend

“Azərbaycanda 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı səkkiz nəfərdir”.

“Yeni Gündəm”in məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu rəqəmlərin içərisində Naxçıvanda aşkar olunan hallar da var:

“Bu gün 19 nəfər sağalaraq evə yola salınıb. Ümumilikdə, ölkədə 822 nəfər koronavirusa yoluxub. Ümumi sağalanların sayı 63 nəfərdir.

Ümumilikdə, 750 nəfər aktiv koronavirus xəstəsi var. Bu günə qədər 53 mindən artıq test icra olunub. Ötən günlərlə müqayisədə, yoluxma hallarının sayı artır”.