Azərbaycanda daha 2 nəfər koronavirusdan öldübackend

Azərbaycanda koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956 və 1960-cı il təvəllüdlü iki nəfər vəfat edib.

“Yeni Gündəm” Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, bununla da bu günə qədər Azərbaycanda vəfat edənlərin sayı 63-ə çatıb.

Qeyd edək ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 298.648 test aparılıb.