Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdubackend

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 248 yeni yoluxma faktı qeydə alınıb.

“Yeni Gündəm” Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 5494 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Həmin şəxslərdən 56 nəfərin vəziyyəti ağır, 65 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.