Azərbaycanda daha bir tanınmış “tiktok”çu saxlanıldıbackend

“Tik-tok” sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşan və daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb.

“Yeni Gundem”-in məlumatına görə, Gürcüstandan ölkəyə qayıdan “tiktok”çu hava limanında saxlanılıb və Nərimanov Rayon Məhkəməsinə gətirilib.

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlunun bir sıra tiktokçudan DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstanda olduğu üçün saxlanılması mümkün olmayıb. Bu gün ölkəyə gələn Ə. Məhərrəmov saxlanılıb.

Xatırladaq ki, o, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə saxlanılıb və həbsdə olub.

Azxeber.com