Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 15 yaşlı qız ÖZÜNÜ GÜLLƏLƏDİbackend

Daşkəsəndə odlu silahdan açılan atəş nəticəsində həyatını itirən qızın ölüm səbəbi məlum olub.

“Yeni Gündəm” APA-ya istinadən xəbərə görə, yeniyetmə qız intihar edib.

***

Daşkəsəndə bədbəxt hadisə baş verib.

“Yeni Gündəm”-in APA-ya istinadla məlumatına görə, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci ildə anadan olmuş Həsənova  Günel Əli qızı yaşadığı evdə  odlu silahdan açılan atəş nəticəsində ölüb. Hadisənin  hansı səbəbdən baş verdiyi məlum deyil.
Meyit müayinə olunmaq üçün adiyyatı üzrə təhvil verilib. Məlumata görə hadisə baş verən zaman yeniyetmə qız evdə tək olub.

Faktla bağlı Daşkəsən rayon prokrorluğunda  araşdırma aparılır.