Azərbaycanda dəhşətli ölüm: Xanımın qardaşları evə gəlib… – TƏFƏRRÜATbackend

Abşeron rayonu, Masazır qəsəbəsində dəhşətli hadisə baş verib. Hündürmərtəbəli binadan tullanan şəxs hadisə yerindəcə dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, gəldiyi mənzilin sahibinin qohumları tərəfindən evdə tutulan şəxs çıxış yolunu özünü binadan atmaqda görüb.

Hadisə gecə 23:00 radələrində qeydə alınıb. Qonşular ölən şəxsin həmin binada yaşamadığını bildirib.

Məlumata görə, həyatını itirən şəxs binadakı mənzillərdən birinə qonaq gəlib. Bu zaman evin xanımı tək olub. Bilinməyən səbəbdən evdə quraşdırılan təhlükəsizlik kameraları söndürülüb.

Bildirilir ki, sözügedən evin sahibi Azərbaycanda olmayıb. Bu zaman ər təhlükəsizlik kameralarının işləmədiyini gördüyü üçün narahat olub. O, qayınlarına zəng edərək xəbər verib. Bundan sonra qardaşlar bacılarından xəbərsiz evə gəlib. Bacı qardaşlarına qapını açmayıb. Qapıdan çıxış olmadığını görən qonaq özünü evin eyvanından aşağı atıb.

Hündürmərtəbəli binadan düşən şəxs tikinti materiallarının üzərinə düşüb və həyatını itirib. Onun adı çəkilən mənzilə hansı səbəbdən gəlməsi isə istintaq tərəfindən araşdırılacaq.