Azərbaycanda dəhşətli qəzada ölənlərin dördü hərbçi imiş – RƏSMİ + FOTObackend

Sumqayıt şəhərində iki minik avtomobilinin toqquşması nəticəsində hərbi qulluqçular həlak olub.

Oxu.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd hərbi qulluqçu həyatını itirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.