Azərbaycanda dəhşətli və müəmmalı intiharlar? – ARAŞDIRMAbackend

İntihar son zamanlar demək olar ki, hər gün sosial şəbəkələrdə, qəzet və jurnallarda, televiziya verilişlərində çox rast gəldiyimiz, mövzulardan bəlkə də ən birincisidir.

“Universitetə girə bilməyən gənc qız çıxış yolunu intiharda gördü”, “İşin itirən gənc oğlan özünü asaraq intihar etdi”, “Ailəsinə baxa bilməyən ata özünü yandırdı” bunun kimi xəbərləri demək olar ki, eşitmədiyimiz gün yoxdur. İntihar yoluxucu xəstəlik kimi sürətlə yayılır.

Mövzu ilə bağlı Bioloji təbabət üzrə Beynəlxalq dərəcəli həkim-məruzəçi, Parapsixoloq-psixoterapevt, yazıçı Dilbər Çələbi müsahibə 7times.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

İntihara aparan yollar:

Yollar müxtəlifdi. Qırx, əlli il bundan öncəyə nəzər salsaq görərik ki, o vaxt intihar edən insanlara psixiatırlar tərəfindən əsasən ruhi pozğuntu diaqnozu qoyulurdu. Başqa bir səbəb demək olar ki, tapılmırdı. İntiharlar üç dəyişik halda baş verirdi. Birinci ruhi çöküntü və yaxud melenxoliya tutmaları, ikinci xroniki və davamlı ruhi çöküntü, ya da quruluşdan yəni doğuşdan irəli gələn intiharlar. Üçüncü qurluşdan irəli gələn və son dövrlərdə həddindən artıq həyəcanlandıqdan sonrakı intiharlar. 90 faiz intiharların baş vermə səbəbi xroniki, yəni ruhi çöküntü halları idi.

İndi isə səbəblər xeyli dəyişib. Yaşayış və düşüncə tərzindən, cəmiyyətdə olan dəyişikliklərin təsirindən. Təbii ki, başqa səbəblər də var. Bura cinayət mənşəli intiharları aid etmək olar. Bir də təhlükə qarşısında qalanda, çıxılmaz vəziətdə baş verən intiharları da qeyd edə bilərəm. Misal üçün bir zabitimiz Qarabağ müharibəsi döyüşlərində düşmənə əsir düşməmək üçün özünü güllə ilə vurdu. Bu da intihardı. Özünə qəsddi.
Sağalmaz xəstəliklərdən, fobialardan qurtula bilməyəcəyini biləndə də insanlar intihar edir. Ölümü əsas meyar götürürüksə burda da dəyişən nisbətlər yer alır.

Bütün intiharlarda öldürmək istəyi var. Hücum, günahlandırma, ayıblama və məhv etmə – bu birinci. İkincisi öldürülmüş olmaq istəyi. İnsanlar istəyirlər ki, onları kimsə öldürsün. Burda da itaət mazaxizim, özünü ayıblama, bir də özünü günahlandırma rol oynayır. Üçüncü dəyişən nisbət isə ölmək istəməkdi. Burda isə qorxu, ümüdsüzlük, yorğunluq gəlir. Biz ətrafımızda baş verən hadisələri ruhumuza, düşüncələrimizə daşıyıb, başlayırıq onu daxildə yaşamağa. İntihardan əvvəl adamda öldürmək istəyi yaranır. Ya başqasını, ya özünü.

İntihar edən şəxs bu yolu yeganə çıxış yolu olaraq gördüyündən bu fikri dəyişdirmək olduqca çətindir. Burda əsil məsələ ölümü istəməkdi. Bu varsa insan intiharı müvəfəqiyyətlə yerinə yetirə bilir. Bəzi səbəblərə görə insan hansısa vəziyyətdən çıxa bilmirsə, kimsə onu qısnayırsa, şantaj edirsə, fiziki təsir göstərirsə, (səbəblər çoxdu) düşünür ki, o adamı öldürməklə ondan birdəfəlik canını qurtara bilər. Əgər bunu bacarmırsa, öldürmə hissini özunə tərəf çevirir. İnsanin özünə çevrilmiş cinayət. Ruhi xəstəliklər də əsas risk faktorlarından sayılır.

İntiharlar niyə son zamanlar daha da artıb? Səbəbi nədir?

Son vaxtlar sürətlə artan intihar hadisələrindən dərin məyusluq və narahatlıq keçirirəm. Bu mövzu ilə bağlı dünyaya nəzər salsaq, hər qırx saniyədən bir intihar hadisəsi baş verir və hər il bu rəqəm on üç dəfə artır. Ən çox rast gəlinən yaş dövrü isə 15-34 yaş arasıdı. Təəssüflə qeyd etməliyəm ki, son statistikaya görə, hər il bir milyon insan həyatına qəsd edir. 2000 ildə bu say 1,5 dəfə artdı. Pandemiya, karantin, qapanma, işsizlik, sosial çətinliklər daha çox qabartdı bu rəqəmləri. Bir də daha bir məsələni vurğulamaq istərdim. Hansı ki, bu məsələyə yeni yazdığım kriminal janrda olan “Həzz” adlı kitabımda ətraflı toxunmuşam. Bu məsələ, narkomaniya və insan alveridi. İntihara bu iki problem də səbəb ola bilir.

Daha çox kimlər (kişi, qadın) intihara meyillidi?

İntihara meyillilik kişilər arasında daha çoxdu. Ən çox da intihar düşüncəsi yeniyetmələr arasında yayılıb. Günahkar, səbəbkar isə ailə və cəmiyyətdi. İnsan çarəsiz qalanda bu yola əl atmağa məcbur olur. Cəmiyyətin laqeydliyindən bezərək intihar edir. Son vaxtlar hər kəs ailəsini, ən yaxınlarını qanadı altına çəkib. Başqalarının nə etdiyi, necə yaşadığı heç kəsə maraqlı deyil. Təki mənim ailəmə heçnə olmasın. Yerdə qalanlara nə olur olsun, ondan mənə nə?! prinsipi ilə yaşamağa başlayıb. Düşünmürlər ki, bu laqeydlik dönüb, dolaşıb onların da yaxasından yapışacaq.
Mən tövsiyyə edirəm ki, insanlar bir birinə daha çox diqqət ayırsın. Bu bizim insanlıq borcumuzdu!

Uşaq intiharları haqqında nə deyə bilərsiz? Valideyinlər nələrə diqqət etməlidi?

Bu haqda danışdıqca qurtarmaz. Uşaq intiharlarının günahkarı bir başa valideynlərdi. Keçmişdə uşaqlara fərqli tərbiyə verilirdi. O vaxt valideyinlər qoxusu olan qidanı övladının əlinə tutuşdurub, onu başqa uşaqlarla həyətdə oyun oynamağa göndərməzdilər. Hansısa bir uşağın valideyininin, bəlkə o qidanı alacaq qədər pullu yoxdur, günahdı. Uşaq onu istəyə bilər, valideyni isə ala bilməz deyirdilər. Göstərişdən qaçmaq lazımdı.
Valideynlər uşağı düzgün istiqamətləndirməlidir. Uşaqlar yaşlarının az olmağına baxmayaraq yaxşı və pis davranışları bizim düşünmədiyimiz qədər təhlil edib qərar verirlər. Valideyinlər buna görə də daha diqqətli olmalıdırlar.

Uşaqları bir-birinə qarşı qoyan valideyinlərdir. Uşaq intiharları bizə siqnal olmalıdır. Hamımız gördük ki, Elinanın ölmünə təəssüf edən çox olsa da, heç kim onun özünü günahlandırmadı.

Bir insan övladını bu qədər sıxışdırmaq, ona təziq etmək olmaz! Yenə də birinci səbəb laqeydlik, ikinci səbəb isə çarəsizlikdir.

Murad Muradov