Azərbaycanda “Delta” ştammı təhlükəsi: “Karantin rejimi sərtləşdirilə bilər”backend

Koronavirusun sürətlə yayılmaqda davam edən Delta ştammı ilə bağlı təhlükə hər gün artmaqdadır.  Dünyanın bir çox ölkələrini cənginə alan yeni ştammın qarşısının alınması üçün ciddi addımların atılması ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir. Mütəxəssislərə görə, Azərbaycanda da Delta ştammının yayılması ehtimalı var.

Mövzu ilə bağlı həkim-infeksionist Nicat Əzimli “Yeni Gündəm”-ə açıqlamasında bildirib ki, yeni ştammın sürətlə yayılması hazırkı  pandemik vəziyyətə mənfi təsir edə bilər:

“Ölkədə “Delta” ştammı yayılarsa, karantin qaydalarında sərtləşdirmə ola bilər. Nəzərə almaq lazımdır ki, yeni ştammın yoluxuculuq qabiliyyəti daha sürətlidir və bu,  panmedik vəziyyəti pisləşdirə bilər. Ona görə də yeni ştammın qarşısını almaq üçün müvafiq qaydalara da əməl edilməsi vacibdir”.