Azərbaycanda efirdə əlbəyaxa dava – VİDEObackend

Regionumuzun gələcəyi sülh mühitindən çox asılıdır. Biz Ermənistan və Azərbaycan arasında danışıqların uğurla davam edəcəyinə ümid edirik.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə ermənistanlı həmkarı Vaaqn Xaçaturyanla mətbuata birgə açıqlamasında deyib. Gürcüstan Prezidenti Avropa İttifaqının (Aİ) prosesdə iştirakını alqışladığını vurğulayıb.

“Biz bilirik ki, regionda sülhün tam bərpası bu müzakirələrdən asılıdır, iqtisadi inkişaf sülhə əsaslanır və regiona bağlı bütün yeni planlar gələcək üçün böyük perspektivlər vəd edir”, – deyə Zurabişvili vurğulayıb.

S. Zurabişvili Gürcüstanda azərbaycanlı və erməni vətəndaşların dinc birgəyaşayışının ölkədə mövcud olan tolerantlığı əks etdirdiyini və region üçün yaxşı nümunə olduğunu qeyd edib.