Azərbaycanda əsgər özünü güllələdibackend

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

Bu barədə “Yeni Gundem”-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.