Azərbaycanda futbol klubunu daşıyan avtobus qəzaya uğrayıb – YENİLƏNDİbackend

Mingəçevir” futbol klubunu daşıyan avtobus yük maşını ilə toqquşub.

Hadisə günorta saatlarında, İsmayıllı-Şamaxı avtomobil yolunun Muğanlı ərazisindəki dolayda qeydə alınıb.

Sərnişin avtobusu ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində xeyli sayda xəsarət alanın olduğu bildirilir./APA

***

13:46

Bu gün “Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

PFL-dən apasport.az saytına verilən məlumata görə, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb. Oyunun nə vaxt keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.