Azərbaycanda güclü yanğın:Giriş-çıxış məhdudlaşdırıldı – FOTObackend

Xəbər verdiyimiz kimi, Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində güclü yanğın baş verib.

”Yeni Gündəm” xəbər verir ki, hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, yanğın fikirləşmədən törədilib. Onun sözlərinə görə, külək yanğının qarşısını almağa mane olur:

“Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir”,- deyə bildirilib.