Azərbaycanda iki siyasi partiya birləşirbackend

Azərbaycanda iki siyasi partiyanın birləşdirilməsi qərara alınıb.

“Yeni Gündəm” xəbər verir ki, bunlar Yeni Yol Partiyası və 24 iyun 1992-ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasıdır.

Bunun üçün Dirçəliş və Tərəqqi Partiyasının qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub və 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri isə Ramil Hüseynov seçilib.

R. Hüseynov açıqlamasında bildirib ki, partiyanın növbəti qurultayı 22 yanvarda keçiriləcək: “Qurultayın gündəliyinə yeni sədr seçkisi və digər təşkilati məsələlər salınıb. Eyni zamanda, partiyanın nizamnaməsinə müəyyən dəyişikliklər edilməklə onu müasir dövrün reallıq və tələblərinə, siyasi şəraitinə uyğunlaşdırmaq nəzərdə tutulur”.

Bakupost.az