Azərbaycanda iki vəzifəli şəxs nöqsanlara görə İŞDƏN ÇIXARILDIbackend

“Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri 7 saylı və Gəncə şəhəri İstilik Sistemləri İstismar Sahələrinin rəisləri tutduqları vəzifələrdən azad ediliblər.

Bu barədə “Azəristiliktəchizat” məlumat yayıb.

Vəzifəli şəxslərin işdən çıxarılmasına onların 2022-2023-cü illər payız-qış mövsümünə hazırlıq tədbirlərinin lazımi səviyyədə icra etməməsi səbəb olub. Bundan başqa, səhmdar cəmiyyətdə müxtəlif vəzifələr tutan 4 nəfərə axırıncı xəbərdarlıqla töhmət elan edilib.