Azərbaycanda ilk dəfə xəstə uşaq üçün 1 milyondan çox ianə toplanıldı – Videobackend

Azərbaycanda ilk dəfə xəstə uşaq üçün 1 milyon manatdan çox ianə toplanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, ATV-də aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində yaşanıb.

Belə ki, SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanılan ianənin məbləği 1 milyon manatı ötüb.

Qeyd edək ki, Amirin sağalması üçün ona vurulmalı olan “Zolgensma” iynəsinin qiyməti 2 milyon 200 min dollardır.

Körpəyə dəstək olmaq istəyirsinizsə, aşağıda göstərilən bank hesabına ianə edə bilərsiniz: