Azərbaycanda ilk dərs günü 19 yaşlı tələbə faciəvi şəkildə öldübackend

Gəncədə 19 yaşlı tələbə intihar edib.

“Yeni Gundem”-in “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Həsən Əhmədov (şərti) yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

İlkin ehtimala görə, o, zahiri görünüşünü bəyənmədiyi üçün bu addımı atıb. Belə ki, H.Əhmədov qulaqlarının böyük olduğunu düşünərək daha əvvəl əməliyyat olunaraq onları kiçiltdirib. Lakin nəticə onu qane etməyib. Bundan sonra tələbə ikinci dəfə əməliyyat olunmaq qərarına gəlib. Ancaq həkimlər əməliyyatın onun həyatı üçün riskli olacağını bildiriblər. Bundan sonra H.Əhmədov həyatına qəsd edib.

Faktla bağlı araşdırma aparılır.