Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Masallı rayonunun icra başçısı Şahin Məmmədov iyulun 25-də vəzifədən azad edilib.
“Yeni Gündəm” xəbər verir ki, Ş. Məmmədovun Masallını tərk edəcəyini öyrənən bir qrup sakin, eləcə də bir neçə şəhid valideyni onun yaşadığı evə gəlib. Sakinlər Ş. Məmmədovun şəxsi əşyalarının daşınmasında köməklik ediblər.