Azərbaycanda ipoteka kreditləri üzrə müraciət tarixləri açıqlandıbackend

İpoteka kreditləri üzrə müraciət tarixləri açıqlanıb.

İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 01.02.2023-cü il tarixində saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə 02.02.2023-cü il tarixində saat 10:00-dan başlayacaq.

Qeyd edək ki, ipoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.