Azərbaycanda iyrənc hadisə: Qızım cinsi əlaqəyə könüllü razı oldubackend

Bu günlərdə Bərdə rayon Polis Şöbəsinə 21 yaşlı qızın atası tərəfindən zorlanması barədə məlumat daxil olub.

“Yeni Gündəm” xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, şöbəyə şikayət ərizəsi ilə müraciət edən 21 yaşlı Günel Ağayeva (ad və soyad şərtidir) atası tərəfindən zorlandığını iddia edib. Gənc qadın bildirib ki, xeyli müddətdir ki, atasının təhdidləri ilə üz-üzədir və iyun ayında evdə kimsənin olmadığı vaxt atası onunla zorla cinsi əlaqədə olub.

Dərhal müraciətlə bağlı araşdırmalar başlanılıb. G.Ağayevanın atası olan 45 yaşlı Mətin Ağayev polis şöbəsinə dəvət edilib. O, ifadəsində bildirib ki, qızı ilə könüllü cinsi əlaqədə olub və ona qarşı zor tətbiq etməyib.

M.Ağayev etiraf edib ki, 21 yaşlı qızı ilə uzun müddət imiş ki, cinsi əlaqədə olmaq istəyirmiş və bu barədə ona dəfələrlə bildirib.

Nəhayət iyun ayında qızı atası ilə cinsi əlaqədə olmağa razılıq verib. Bundan bir neçə gün sonra isə G.Ağayeva polis şöbəsinə müraciət edərək atasından şikayət edib.

M.Ağayev iddia edib ki, qızı xeyli müddətdir ki, əxlaqsızlıq edir və onu yığışdırmağa çalışıb. G.Ağayevanın atasından polisə şikayət edərək onu həbs etdirməyə çalışması da öz hərəkətlərini daha rahat formada davam etdirmək istəməsi ilə bağlıdır.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.