Azərbaycanda iyunun 2-dən 15-dək…backend

Bu gün təsdiqlənən müvafiq təlimat məktubunda qeyd edilib ki, iyunun 2-dən 15-dək ümumtəhsil müəssisəsinin direktorunun müəyyən etdiyi qrafik əsasında, sanitar-epidemioloji qaydaları gözləməklə təhsilalanların illik qiymətləndirməsi və digər proseslər üçün təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif müəllimləri və zərurət olduqda digər müəllimlər işə cəlb olunmalıdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları Keyfiyyətinin təminatı sektorunun aparıcı məsləhətçisi Anar Mirzəzadə bildirib.

O əlavə edib ki, həmin proses ümumtəhsil müəssisəsinin müəyyən etdiyi qrafik əsasında olmalıdır.