Azərbaycanda jurnalist hədələndi – Boğazına bıçaq dirədilər… – FOTObackend

Jurnalist Aytən Məmmədovaya Bakıda yaşadığı binanın blokunda hücum edildiyi bildirilir.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə jurnalist Aynur Elgünəş məlumat yayıb.

Hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib.

A.Elgünəş bildirib ki, Aytən Məmmədovanın arxasınca liftə girən bir nəfər bıçağı onun boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib: “DİN-in 102 xidmətinə məlumat verilib”.

Qeyd olunub ki, A.Məmmədovanın izahatı alınıb.